Bu ölkə Tokio-2020-də iştirakdan imtina etdi 

Bu ölkə Tokio-2020-də iştirakdan imtina etdi 

Hazırda oxunan: Bu ölkə Tokio-2020-də iştirakdan imtina etdi 

29425

Qvineya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmayacaq. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "France-Press" agentliyi yayıb. 

Mənbə yazır ki, ölkənin idman naziri Sanussi Sou koronavirus pandemiyası səbəbindən olimpiadada iştirak etməyəcəklərini açıqlayıb. 

Nazir bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə məktub ünvanlayıb. O, yoluxma halları artdığı üçün bu qərarı verdiklərini bildirib. 

AFP Qvineyanın maddi problemlər ucbatından Tokio-2020-dən imtina etdiyini qeyd edib. 

Xatırladaq ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO