Tokioda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına start verildi

Tokioda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına start verildi

Hazırda oxunan: Tokioda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına start verildi

29154

İyulun 20-də Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyası öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, sessiya iştirakçıları əvvəlcə koronavirus pandemiyasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Sessiyada çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa ölkəsinin Olimpiya Oyunlarını təhlükəsiz formatda keçirməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb.

Yaponiya sakinlərinin həyatının və sağlamlığının hökumət üçün prioritet təşkil etdiyini qeyd edən Baş nazir, idmançıların yarışlarda özlərini rahat hiss etmələri üçün də lazım olan bütün addımların atıldığını bildirib. “Biz Oyunların təhlükəsiz formatda keçirilməsinə qəti şəkildə hazırıq”, - deyə Y.Suqa qeyd edib.

BOK prezidenti Tomas Bax isə dünya ictimaiyyətinin Olimpiadanı təşkil etdiyinə görə yapon xalqına heyran olacağını söyləyib. “Nəhayət həmin an çatacaq. Düşünürəm ki, yarışları seyr edən bir neçə milyard insan Yaponiya əhalisinə heyran olacaq”, - deyə BOK prezidenti bildirib.

BOK-un cari sessiyasında Yaponiyanın pandemiya şəraitində Oyunlara hazırlıq səviyyəsi qiymətləndiriləcək. Həmçinin, 2032-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının Avstraliyanın Brisben şəhərində keçirilməsi barədə qərar qəbul ediləcək. Sessiya zamanı BOK-un rəhbər vəzifələrinə seçkilərin keçiriləcəyi də gözlənilir.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 23-dən avqustun 9-dək keçirilməli idi. Lakin Koronavirus pandemiyasına görə yarışların vaxtı bir il sonraya dəyişdirilib.

Təşkilatçıların yekdil qərarına əsasən əcnəbi tamaşaçılar və Yaponiyanın altı prefekturasının sakinləri yarışlara buraxılmayacaq. Bununla yanası, ölkədə epidemioloji vəziyyət ağır olduğuna görə Oyunlar fövqəladə vəziyyət şəraitində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO