“Olimpiakos”un “Neftçi” ilə oyuna hiyləgər gedişi

“Olimpiakos”un “Neftçi” ilə oyuna hiyləgər gedişi

Hazırda oxunan: “Olimpiakos”un “Neftçi” ilə oyuna hiyləgər gedişi

28784

Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edən "Olimpiakos” cəzalı futbolçunu sifariş edib. 

Bizim.Media xəbər verir ki, braziliyalı hücumçu Tiqinyo cəzalıdır və "Neftçi”yə qarşı oynaya bilməz.

Tiqinyo "Portu”da çıxış edərkən cəzalı duruma düşüb. O, 2020-ci ilin 27 fevralında Avropa Liqası çərçivəsində Leverkusen "Bayer”i ilə görüşdə birbaşa qırmızı alıb. UEFA braziliyalını 3 oyunluq diskvalifikasiya edib. Beləliklə, Tiqinyo "Portu”dakı cəzasını "Olimpiakos”a daşıyıb.

Üstəlik, onun zədəsi də var. Sadəcə, baş məşqçi Pedro Martins zədəli olmasına rəğmən, keçən il "Portu”da aldığı cəzanın bir hissəsini "silmək" üçün sifariş edilib.

Qeyd edək ki, Yunanıstan çempionu "Neftçi” ilə ilk matçın başlamasından bir gün öncəyə qədər iştirak ərizəsində iki dəyişiklik edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO