FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

Hazırda oxunan: FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

28599

Filip Ozobiç artıq Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, hazırda “Qarabağ” klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb:

“Bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub”.

Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO