“Neftçi” bilet sataraq, Qarabağ Dirçəliş Fonduna və

“Neftçi” bilet sataraq, Qarabağ Dirçəliş Fonduna və "YAŞAT"a ianə edəcək

Hazırda oxunan: “Neftçi” bilet sataraq, Qarabağ Dirçəliş Fonduna və "YAŞAT"a ianə edəcək

28360

“Neftçi” klubu Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün bilet satışından əldə edəcəyi vəsaitin yarısını Qarabağ Dirçəliş Fonduna və “YAŞAT” Fonduna ianə edəcək.

Qarabağ Dirçəliş Fondundan Bizim.Media-ya verilən məlumata görə, biletlər 13 iyul saat 10:00-dan satışa çıxarılacaq.

Qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.

Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılıb.

"YAŞAT" isə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur.

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" matçı saat 21:00-da başlanacaq. İlk oyunda Azərbaycan komandası qalib gəlib - 2:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO