Şəhriyar Məmmədyarov Qarri Kasparovu yenə uddu - FOTO

Şəhriyar Məmmədyarov Qarri Kasparovu yenə uddu - FOTO

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Qarri Kasparovu yenə uddu - FOTO

28249

Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.

Bizim.Media xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, XV tur çərçivəsində 13-cü dünya çempionu Qarri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib.

Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb.

Blits

X tur. Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

XI tur. Yan Nepomnyaşi (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XII tur. Şəhriyar Məmmədyarov - Yorden Van Forest (Niderland) – 1:0

XIII tur. Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XIV tur. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) – 1:0

XV tur. Harri Kasparov (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XVI tur. Şəhriyar Məmmədyarov - Anton Korobov (Ukrayna) – 0:1

XVII tur. Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) – 0,5:0,5

XVIII tur. Aniş Qiri (Niderland) - Şəhriyar Məmmədyarov – 1:0

Turnir cədvəli: 1. Maksim Vaşye-Laqrav (Fransa) - 23, 2. Vişvinatan Anand (Hindistan) – 21, 3.

Aniş Qiri (Niderland) - 20,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 19.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO