Bir qrup karateçiyə idman ustası dərəcəsi verildi

Bir qrup karateçiyə idman ustası dərəcəsi verildi

Hazırda oxunan: Bir qrup karateçiyə idman ustası dərəcəsi verildi

28124

Yarışlarda yüksək nəticələr əldə edən və uğurlu fəaliyyət göstərən bir qrup karateçi və məşqçiyə Azərbaycan Repsublikasının "İdman ustası" dərəcəsi verilib.

Azərbaycan Karate Federasiyasından (AMKF) Bizim.Media-ya verilən məlumata görə, idmançılardan Roman Heydərov, Tale Yaqubov və Novruz Əliyevə, məşqçilərdən isə Tərlan Cavadova dərəcə medalları və vəsiqələrlə yanaşı, AMKF-in Fəxri Diplomları, hədiyyələr və qurumun əməkdaşlıq tərəfdaşı olan Veteran Tankçılar Bİrliyinin Fəxri Fərmanları verilib.

Mükafatları təqdim edən federasiya prezidenti Yaşar Bəşirov idmançı və məşqçilərə hər zaman diqqətlə yanaşıldığını qeyd edərək onlara uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO