Tokioya gedəcək idmançılara MÜRACİƏT: “Diqqətli olsunlar”

Tokioya gedəcək idmançılara MÜRACİƏT: “Diqqətli olsunlar”

Hazırda oxunan: Tokioya gedəcək idmançılara MÜRACİƏT: “Diqqətli olsunlar”

27612

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynlinin Tokio-2020 Yay Olimpiya Oyunlarında dopinq nəzarəti ilə bağlı yeniliklər və dəyişiklərlə bağlı yarışda iştirak edəcək idmançılara və onları müşayiət edəcək heyətə müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə Olimpiadada COVID-19 pandemiyası səbəbindən baş verən dəyişikliklərin dopinq nəzarəti sahəsini də əhatə etdiyi vurğulanıb. 

Bildirilib ki, oyunlar zamanı dopinq nəzarəti prosesi COVID-19 qaydaları nəzərə alınaraq həyata keçiriləcək:

“Oyunlarda dopinq nəzarətini həyata keçirmək üçün AMADA-nın da iki dopinq nəzarəti inspektoru iştirak edəcək. Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılacaq idmançılar və onları müşayiət edəcək heyət baş verən yenilikləri və dəyişikləri nəzərə almaqla Olimpiya Oyunları müddətində bütün qaydalara, o cümlədən də antidopinq qaydalarına və AMADA-nın təlimatlarına tam və ciddi riayət etməlidir. Əks halda, qaydalara əməl olunmaması antidopinq qayda pozuntusu kimi qiymətləndirilə və sanksiya ilə nəticələnə bilər”.

Müraciətdə Olimpiadada dopinq nəzarəti baxımından bir sıra yeniliklərə də yer verilib:

“Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk dəfə Yay Olimpiya Oyunları müddətində dopinq nəzarəti ilə bağlı öhdəliklərini Beynəlxalq Test Agentliyinə (BTA) həvalə edib. BTA isə oyunlara hazırlıq müddətini və oyunların keçirildiyi dövrü əhatə edən geniş test planını icra edir. Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların hamısı hazırlıq mərhələsində dopinq testinə cəlb edilir və hətta bəzi idmançılardan bir neçə dəfə dopinq testi götürülə bilər. Oyunlar müddətində hər bir idmançı əvvəlcədən xəbərdarlıq edilmədən dopinq testindən keçirilə bilər.

Ona görə də idmançıların öz hüquqlarını öhdəliklərini və antidopinq qaydalarını bilmələri və ona uyğun davranmaları vacibdir.

Əgər idmançı dopinq nəzarəti prosesində hər hansı bir nöqsan, uyğunsuzluq, hətta şübhəli bir məqam müşahidə edərsə, yaxşı olar ki, bu barədə Dopinq Nəzarəti Formasının şərh bölməsində ətraflı yazsın. Bu, mümkün araşdırmalar zamanı həmin idmançının hüquqlarının müdafiəsi baxımından vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO