Fransa millisinin daha bir futbolçusu millimizlə oyunu BURAXA BİLƏR

Fransa millisinin daha bir futbolçusu millimizlə oyunu BURAXA BİLƏR

Hazırda oxunan: Fransa millisinin daha bir futbolçusu millimizlə oyunu BURAXA BİLƏR

274500

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Fransa yığmasında heyətlə bağlı problemlər bitmək bilmir. 

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, daha bir futbolçunun durumu qeyri-müəyyəndir.

Söhbət “Liverpul”un müdafiəçisi İbrahima Konatedən gedir.

Ulduz futbolçu İngiltərə Premyer Liqasının ötən turunda “Çelsi” ilə matçda zədələnib. Konate millinin düşərgəsinə yollansa da, həkim müayinəsindən sonra zədəsinin nə durumda olduğu bəlli olacaq.

Daha əvvəl Usmen Dembele, Desire Due, Bredli Barkola kimi aparıcı oyunçular zədə ucbatından Fransa millisindən uzaq qalmışdılar. Kilian Mbappenin isə millimizlə matçda iştirakı sual altındadır.

Qeyd edək ki, oktyabrın 10-da “Park De Prens”də keçiriləcək Fransa – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO