“Karvan” doğma meydanına nə vaxt QAYIDACAQ? – Klubdan AÇIQLAMA

“Karvan” doğma meydanına nə vaxt QAYIDACAQ? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Karvan” doğma meydanına nə vaxt QAYIDACAQ? – Klubdan AÇIQLAMA

274399

Uzun müddətdən sonra Azərbaycan Premyer Liqasına qayıdan “Karvan” hələ də rəqiblərini öz meydanında qəbul edəb bilmir. Səbəb isə Yevlax stadionunda həyata keçirilən yenidənqurma işləridir. Arenanın ilk növbədə ot örtüyü dəyişdirilir. Belə ki, stadionunda süni örtük quraşdırılacaq və digər kiçik həcmli yenidənqurma işlərindən sonra “Karvan” doğma şəhərinə köçməlidir. 

Bəs görəsən stadionda aparılan tikinti işləri nə vaxt yekunlaşacaq? 

Bununla bağlı “Karvan”ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevlə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında tikinti işlərinin demək olar ki, yekunlaşdığını diqqətə çatdırdı:

“Artıq tikinti işləri demək olar ki, yekunlaşmaq üzrədir. Xırda məsələlər var ki, onların həllindən sonra arena tam hazır vəziyyətdə olacaq. Stadion hazır olandan sonra buraya PFL-in nümayəndələri gəlib baxış keçirməlidir. Yalnız onlar stadionu qəbul etdikdən sonra öz oyunlarımızı Yevlaxda keçirə biləcəyik. İnanıram ki, bu o qədər də böyük vaxt aparmayacaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO