Çövkən üzrə millimiz MDB Oyunlarının qalibidir – FOTO

Çövkən üzrə millimiz MDB Oyunlarının qalibidir – FOTO

Hazırda oxunan: Çövkən üzrə millimiz MDB Oyunlarının qalibidir – FOTO

274317

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına yekun vurulub.

Finalda Azərbaycan millisi Özbəkistan komandası ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, matçın start fitindən əvvəl Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Maraqlı keçən görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız III MDB Oyunlarının qalibi olub.

Qeyd edək ki, III MDB Oyunları çərçivəsində sentyabrın 28-dən oktybrın 7-dək davam edən çövkən üzrə yarışda 6 ölkənin – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt yığmaları mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, Azərbaycan millisi birinci, Özbəkistan komandası ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO