Kurtinaytisdən Çempionlar Liqası öncəsi AÇIQLAMA: “Debütant olsaq da, oyuna yaxşı hazırlaşmışıq”

Kurtinaytisdən Çempionlar Liqası öncəsi AÇIQLAMA: “Debütant olsaq da, oyuna yaxşı hazırlaşmışıq”

Hazırda oxunan: Kurtinaytisdən Çempionlar Liqası öncəsi AÇIQLAMA: “Debütant olsaq da, oyuna yaxşı hazırlaşmışıq”

274311

“Sabah” basketbol klubu bu gün FİBA Çempionlar Liqasında mövsümün ilk oyununa çıxacaq. Təmsilçimiz qrup mərhələsinin debüt qarşılaşmasında Çexiyanın “Nimburk” klubunun qonağı olacaq.

Bizim.Media xəbər verir ki, görüş öncəsi komandanın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidMətinə açıqlama verib.

O, oyuna yaxşı hazırlaşdıqlarını vurğulayıb: 

“Nimburk” kifayət qədər ciddi rəqibdir. Zəngin avrokubok təcrübəsinə, böyük ənənəyə malik komandadır. Oturuşmuş sistemləri var. Bizə gəlincə müntəzəm mövsümdə debütant olsaq da, oyuna çox yaxşı hazırlaşmışıq. Məşqlərdə düşündüklərimizi reallaşdıra bilsək, uğurlu nəticə qazana bilərik”

Qeyd edək ki, “Nimburk” – “Sabah” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 18-30-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO