MDB Oyunları: Basketbol millimiz gümüş medal qazandı

MDB Oyunları: Basketbol millimiz gümüş medal qazandı

Hazırda oxunan: MDB Oyunları: Basketbol millimiz gümüş medal qazandı

274238

Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3x3 basketbol yarışlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10.

Finalda millimiz Rusiyaya məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus turniri üçüncü pillədə başa vurub.

Oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan komandasına məğlub olaraq (15:16) turniri dördüncü pillədə başa vurub. Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO