AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi

AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi

Hazırda oxunan: AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi

273977

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə təyinat olub.

Bizim.Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. Baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

AFFA rəhbərliyi gənc mütəxəssislərə etimad göstərir, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
 

Məlumatda bildirilib ki, U-21 komandamız əsas millimizin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq. Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.


Xatırladaq ki, R.Eyyubov bunadək əsas milli komandada məşqçi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO