Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ” evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, matçdan sonra baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
O, komanda üçün bu qələbənin vacib olduğunu qeyd edib:
“Azər Bağırova uğurlar arzulayıram. İlk oyununda meydanda kollektiv göründü. ‘Kəpəz’ə qarşı oynamaq rəqiblər üçün asan olmayacaq. Futbolçuları təbrik edirəm, 3 xal çox önəmli idi. Azarkeşlərimizə təşəkkür edirəm.”
Qurbanov oyunun tempinin aşağı olmasını meydança amili və futbolçuların yorğunluğu ilə izah edib:
“Stadionun vəziyyəti oyuna təsir edirdi. Avropadakı oyun sürəti ilə buradakı arasında fərq böyükdür. Futbolçulara 4 gün istirahət verəcəyik.”
Baş məşqçi həmçinin milli fasilənin komandaya təsirindən, yeni transfer Kamilo Duranın potensialından və legionerlərin hazırkı formalarından danışıb:
“Belə futbolçular komandaya əlavə fayda verir. Hazırda bütün oyunçuların yeri var. ‘Atletik’ə qarşı oyun üçün isə bir neçə gün sonra təhlillərə başlayacağıq”.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:28 / 04.10.2025
“3 xal önəmli idi” - Qurban Qurbanov
Hazırda oxunan: “3 xal önəmli idi” - Qurban Qurbanov
Hazırda oxunan: “3 xal önəmli idi” - Qurban Qurbanov
273953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.