III MDB Oyunları: Karateçilərimiz yarışları 16 medalla başa vurdular

III MDB Oyunları: Karateçilərimiz yarışları 16 medalla başa vurdular

Hazırda oxunan: III MDB Oyunları: Karateçilərimiz yarışları 16 medalla başa vurdular

273950

III MDB Oyunlarında keçirilən karate yarışlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, karateçilərimiz yarışları 16 medalla başa vurublar. Onlardan 6-sı qızıl, 3-ü gümüş, 7-si bürüncdür.

Mingəçevir Kür Olimpiya Mərkəzində təşkil olunan yarışların ikinci günündə Turqut Həsənov (84 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fərid Ağayev (75 kiloqram) qızıl medal qazanıblar.

Asiman Qurbanlı (+84 kiloqram) gümüş, Aysu Əliyeva (61 kiloqram), Fərid Şahbazlı (84 kiloqram) və Rəşid Süleymanov (75 kiloqram) bürünc medallara sahib olublar.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram), Nuran Rzazadə (67 kiloqram) və Roman Heydərov (fərdi kata yarışında) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 

Fərid Savadov (60 kiloqram) və Nəzrin Piriyeva (55 kiloqram) gümüş, İnci Əzizova (50 kiloqram), Aslan Dostuyev (67 kiloqram), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətləniblər.


Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO