Zidanın oğlu ilk dəfə milliyə ÇAĞIRILDI

Zidanın oğlu ilk dəfə milliyə ÇAĞIRILDI

Hazırda oxunan: Zidanın oğlu ilk dəfə milliyə ÇAĞIRILDI

273855

“Qranada”nın (İspaniya) qapıçısı Luka Zidan Əlcəzair milli komandasına dəvət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Ötən illərin əfsanəvi futbolçusu Zinəddin Zidanın oğlu olan 27 yaşlı qolkiper 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Somali və Uqanda yığmaları ilə oyunlar üçün Vladimir Petkoviçin rəhbərlik etdiyi 26 nəfərlik heyətə daxil edilib.

Qarşılaşmalar 9 və 14 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Luka əvvəllər Fransanın gənclərdən ibarət yığmalarında çıxış edib. Ancaq o, sonradan vətəndaşlığını dəyişərək Əlcəzair millisinin formasını geyinməyi seçib.

Əlavə edək ki. Əlcəzair millisi hazırda qrupda liderdir və mundiala vəsiqə qazanmaq üçün cəmi bir qələbə kifayətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO