“Barselona”da Lamin Yamal ŞOKU

“Barselona”da Lamin Yamal ŞOKU

Hazırda oxunan: “Barselona”da Lamin Yamal ŞOKU

273830

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, La Liqa nəhənginin aparıcı futbolçularından olan Lamin Yamal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı vinger Çempionlar Liqası Liqa mərhələsinin PSJ ilə matçından (1:2) sonra qasıq nahiyəsində ağrılar hiss edib. 18 yaşlı ön xətt oyunçusu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO