DÇ-2026-ya vəsiqə qazanan Özbəkistan millisinin yeni baş məşqçisi məlum olub.
Bizim.Media xəbər verir ki, komandanın sükanı italiyalı mütəxəssis Fabio Kannavaroya tapşırılıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərdə bildirilib ki, yığmanı mundialda o çalışdıracaq. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edəki, Kannavaronun son iş yeri Zaqreb “Dinamo”su olub.
Bizim.Media