Altı qız boksçumuz MDB Oyunlarının FİNALINDA - FOTO

Altı qız boksçumuz MDB Oyunlarının FİNALINDA - FOTO

Hazırda oxunan: Altı qız boksçumuz MDB Oyunlarının FİNALINDA - FOTO

273641

Bu gün Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində qız boksçular arasında yarımfinal qarşılaşmaları keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin 10 üzvü finala vəsiqə uğrunda mübarizə aparıb.

Onlardan 6-sı həlledici görüşə vəsiqə qazanıb, 4-ü isə bürünc medalla kifayətlənib.

Belə ki, yarımfinalda Aysel Fərəcova (46 kiloqram) Özbəkistan təmsilçisi Ruxşonabonu Ahadovanı, Əminə Tağı (50 kiloqram) belaruslu Arina Kmitanı, Cəmilə Muradlı (54 kiloqram) qazaxıstanlı Adelayda Sadvakassovanı, Aynur İsmayılova (60 kiloqram) tacikistanlı Furuq Sarhaşodanı, Gülər Hüseynova (48 kiloqram) özbəkistanlı Şahnozabonu İmomaliyevanı, Fidan Bakarova (63 kiloqram) rusiyalı Zlata Konovalovanı məğlub edib.
 

Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram), Mirrüqəyya Azərpur (57 kiloqram) və Səma Abbasova isə (66 kiloqram) finala gedən yolda uduzduqları üçün bürünc medala sahib olublar.


Qeyd edək ki, qız boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO