“Qarabağ”ın qələbəsi Avropa mətbuatının diqqət mərkəzində

“Qarabağ”ın qələbəsi Avropa mətbuatının diqqət mərkəzində

Hazırda oxunan: “Qarabağ”ın qələbəsi Avropa mətbuatının diqqət mərkəzində

273616

“Qarabağ”ın Çempionlar Liqasındakı möhtəşəm çıxışı Avropa mediasının diqqət mərkəzinə çevrilib.

Bizim.Media xəbər verir ki, İspaniyanın məşhur “Marca” nəşri komandamızın “Kopenhagen”lə oyunda 2:0 hesablı qələbəsindən sonra yazıb:

“Qarabağ Avropadakı güclü duruşunu davam etdirir: ikinci qələbə!”

Digər ispan mətbu orqanı AS isə Ağdam təmsilçisinin uğurunu belə qiymətləndirib: “Qarabağ” arzusunu yaşayır. “Benfika” qarşısında geri dönüş edərək sürpriz yaradan Azərbaycan komandası Çempionlar Liqasının qrup mərhələsində mükəmməl çıxışını sürdürür”.

Böyük Britaniyanın nüfuzlu BBC telekanalı isə Azərbaycan çempionunun tarixi nailiyyətini vurğulayaraq qeyd edib: “Qarabağ” Çempionlar Liqasında ardıcıl iki qələbə qazanaraq rekorda imza atdı”.

Beləliklə, Avropa mediası “Qarabağ”ın ardıcıl uğurlarını Azərbaycan futbolu üçün tarixi bir dönüş nöqtəsi kimi dəyərləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO