UEFA Çempionlar Liqasında 2025/26 mövsümünün Liqa mərhələsinin ikinci turundan sonra bombardirlərin siyahısına fransalı hücumçu Kilian Mbappe başçılıq edir.
Bizim.Media xəbər verir ki, "Real Madrid" klubunun ulduz hücumçusu bu müddət ərzində beş qol vurub.
"Bavariya"dan Harri Keyn dörd, "Ayntraxt Frankfurt"dan Conatan Burkardt, "Nyukasl Yunayted"dən Entoni Qordon,"Mançester Siti"dən Erlinq Holand isə hərəyə üç qol vurublar.
Liqa mərhələsinin 2-ci oyun günündən sonra iki qol vuran on bir oyunçu var.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına oktyabrın 21-də start veriləcək.
Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ”ın iki oyundan sonra 6 xalı var. Qolları isə komandamızda Andrade, Duran, Kaşyuk, Zubir və Addai (hərəyə bir qol) vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:07 / 02.10.2025
Çempionlar Liqası: İki turdan sonra bombardir kimdir?
Hazırda oxunan: Çempionlar Liqası: İki turdan sonra bombardir kimdir?
Hazırda oxunan: Çempionlar Liqası: İki turdan sonra bombardir kimdir?
273590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.