“Bu hekayənin sonu necə bitər, bilmirəm” - Elvin Cəfərquliyev

“Bu hekayənin sonu necə bitər, bilmirəm” - Elvin Cəfərquliyev

Hazırda oxunan: “Bu hekayənin sonu necə bitər, bilmirəm” - Elvin Cəfərquliyev

273529

“Çox çətin oyun oldu. Şükürlər olsun ki, bu matçı da qələbə ilə başa vurduq. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Matçın oyunçusu seçilən müdafiəçi təəssüratlarını bölüşüb: "Meydana çıxıb yalnız qələbə qazanmaq istəyirik. Bu hekayənin sonu necə bitər, bilmirəm, amma çox qürurluyam. Matçın oyunçusu seçildim. Hər kəsə təşəkkür edirəm".

E.Cəfərquliyev sonda "Qarabağ"a dəstək olan türkiyəli azarkeşlərə minnətdarlığını bildirib:

"Bütün türk qardaşlarımıza salamlarımı göndərirəm. Sizi çox sevirəm. Biz bir millətik".

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO