"Qarabağ"ın futbolçusu Elvin Cəfərov Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen"ə 2:0 hesanbı ilə qalib gəldikləri oyun haqda danışıb.
Bizim.Media xəbər verir ki, görüşün ən yaxşısı seçilən müdafiəçi jurnalistlərə açıqlamasında deyib:
"Çox qürurluyam. Yatsam, yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa bir oyununda ən yaxşı seçiləcəyəm. Məşqçilər heyətinə, hamıya təşəkkür edirəm. Azarkeşlərimizə minnətdaram ki, bizə inam verdilər. Komanda olaraq özümüzə inanırıq".
E.Cəfərquliyev media nümayəndəsinin "Yəqin ki, oyunun ən yaxşısı mükafatı ilə yatacaqsan" zarafatına belə reaksiya verib: "Yox, yenə də yata bilməyəcəyəm. Mükafatı elə bir yerə qoyacağam ki, həmişə görüm. Bəlkə, baxa-baxa yataram".
O, görüşün çətin keçdiyini də vurğulayıb: "Oyun çox çətin keçdi. Rəqibi analiz etmişdik. Son oyunlarına da baxmışdıq. Çempionla Liqasnda zəif rəqib yoxdur, bunu bilirik. Şükürlər olsun ki, qələbə qazandıq. Bununla kifayətlənmək olmaz. İnşallah, növbəti oyunlarda da azarkeşləri, sizləri sevindirərik".
E.Cəfərquliyev qarşıdakı matçlar haqda fikirlərini bölüşüb: "Əlbəttə. Amma biz də özümüz inanırıq. Növbəti rəqibləri də analiz edəcəyik".
Futbolçu "Turnir cədvəlində ilk "24-lüy"ə düşərək növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirərdiniz" sualını cavablandırıb: "Niyyətimiz sadəcə meydana çıxaraq öz oyunumuzu oynamq, qələə qazanmaqdır. Sonda nə olacağını isə yalnız Allah bilir".
Bizim.Media

- A-
- A
- A+
İdman
00:57 / 02.10.2025
"Yatsam, yuxuma da girməzdi ki..." - Elvin Cəfərquliyev
Hazırda oxunan: "Yatsam, yuxuma da girməzdi ki..." - Elvin Cəfərquliyev
Hazırda oxunan: "Yatsam, yuxuma da girməzdi ki..." - Elvin Cəfərquliyev
273495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.