Rusiya millisi ABŞ-la yoxlama oyunu keçirəcək?

Rusiya millisi ABŞ-la yoxlama oyunu keçirəcək?

Hazırda oxunan: Rusiya millisi ABŞ-la yoxlama oyunu keçirəcək?

273489

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) agenti Mezmuredavit Desta futbol üzrə Rusiya və ABŞ milli komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi ehtimalını şərh edib.

Bizim.Media xəbər verir ki, FIFA nümayəndəsi bu barədə Sport24.ru-ya açıqlama verib.

“Bəli, bu matçın keçirilməsi mümkündür. ABŞ millisi oynamağa hazırdır, oyun üçün münasib tarixlər də var. Bu oyunu FİFA ilə razılaşdırmaq heç bir problem yaratmayacaq” - Desta qeyd edib.
Desta əlavə edib ki, matçın təşkili prosesinə başlamaq üçün çatışmayan yeganə məqam Rusiya Futbol İttifaqının təsdiqidir.

Məlumat üçün əlavə edək ki, futbol üzrə Rusiya və ABŞ milli komandaları sonuncu dəfə 2012-ci ilin noyabrında Krasnodarda üz-üzə gəlib. Həmin görüş 2-2 hesabı ilə başa çatıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO