Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” - “Kopenhagen” matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, seçim UEFA-nın texniki qrupunun rəyi əsasında aparılıb.
“Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşün ən yaxşı oyunçusu Ağdam klubunun cinah müdafiəçisi Elvin Cəfərquliyev seçilib. Ona UEFA tərəfindən xüsusi mükafat verilib.
Bizim.Media