Oyun BAŞLADI: "Qarabağ" "Kopenhagen"ə qarşı - VİDEO

Oyun BAŞLADI: "Qarabağ" "Kopenhagen"ə qarşı - VİDEO

Hazırda oxunan: Oyun BAŞLADI: "Qarabağ" "Kopenhagen"ə qarşı - VİDEO

273460

UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün meydana çıxır.
Qurban Qurbanovun komandası Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edir. Oyun saat 20:45-də start götürüb.

Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edir.

İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan Ağdam təmsilçisi ev oyunuda da qalib gəlməklə turnir cədvəlində üst pillələrdə qərarlaşa bilər.

“Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

1 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO