III MDB Oyunları: Futbol millimiz finalda

III MDB Oyunları: Futbol millimiz finalda

Hazırda oxunan: III MDB Oyunları: Futbol millimiz finalda

273419

Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib. 

Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 
 

Qolları Tunar Bayramov (53-cü dəqiqədə), Əli Bəşirov (70 və 75-ci dəqiqələr) və Roman Fərzəli (79-cu dəqiqə) rəqib qapısından keçiriblər. U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq. 


Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO