“Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qələbə qazanmaqdır”

“Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qələbə qazanmaqdır”

Hazırda oxunan: “Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qələbə qazanmaqdır”

273284

“Kopenhagen” komandası “Qarabağ”a hörmət edir.

Bizim.Media xəbər verir ki, bunu Danimarkanın “Kopenhagen” komandasının baş məşqçisi Yakob Neestrup Bakıda mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
 

“Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. “Qarabağ” avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq.”


Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO