Bu futbolçunun “Sumqayıt”a keçidində problem YARANDI

Bu futbolçunun “Sumqayıt”a keçidində problem YARANDI

Hazırda oxunan: Bu futbolçunun “Sumqayıt”a keçidində problem YARANDI

273281

Azərbaycan yığmasının debütantı Emil Mustafayevin “Sumqayıt”a keçidində problem yaranıb.

Bizim.Media xəbər verir ki, müqavilə ilə “Polessye”yə məxsus olan yarımmüdafiəçi Ukraynadan ayrılmağa çətinlik çəkir.

Baxmayaraq ki, klubu onun karyerasını Premyer Liqamızda davam etdirməsinə icazə verib.
 

Son olaraq icarə əsasında “Aleksandriya”nın formasını geyinən gənc ölkə hüdudlarına çıxmaq üçün yerli hökümət qurumlarından izn istəyib. Lakin dəfələrlə müraciətlər ünvanlanmasına rəğmən, Ukraynanın rəsmi dairələri onun ölkəni tərk eləməsinə indiyədək “yox” deyib.


Təbii ki, bu qeyri-müəyyənlik “Sumqayıt” rəhbərliyində narahatlıq yaradıb. Əgər o, qarşıdakı bir neçə gün ərzində problemi yoluna qoymasa, birillik nəzərdə tutulmuş icarə müqaviləsi qüvvədən düşmüş sayılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO