Taekvondo millimiz III MDB Oyunlarını 22 medalla başa vurdu - FOTO/VİDEO

Taekvondo millimiz III MDB Oyunlarını 22 medalla başa vurdu - FOTO/VİDEO

Hazırda oxunan: Taekvondo millimiz III MDB Oyunlarını 22 medalla başa vurdu - FOTO/VİDEO

273263

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışları başa çatıb.

Bizim.Media xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ikinci günündə Azərbaycanın 11 təmsilçisi fəxri kürsüyə yüksəlib.
 

Bunlardan Vasif Səlimov (68 kiloqram) qızıl, Nigar Abdullayeva, Leyla Bəşirova ( hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə ( hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri ( hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli ( hər ikisi 58 kiloqram ), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıblar.


Ötən gün isə Azərbaycan taekvondoçuları 3 qızıl, 2 gümüş və 6 bürünc əldə ediblər. Beləliklə, Azərbaycanın taekvondo komandası III MDB Oyunlarını 22 medalla başa vurub.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO