“Məşqçi kimi inkişaf etmir” - Okan Burukdan SƏRT SÖZLƏR

“Məşqçi kimi inkişaf etmir” - Okan Burukdan SƏRT SÖZLƏR

Hazırda oxunan: “Məşqçi kimi inkişaf etmir” - Okan Burukdan SƏRT SÖZLƏR

273248

"Qalatasaray”ın baş məşqçisi Okan Buruk portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə rəqabət barədə danışıb.

Bizim.Media xəbər verir ki, Okan Buruk bildirib ki, onunla rəqabət çətin olub:

“O, “Fənərbağça”ya keçəndən sonra çox danışmağa başladı. Mourinyonun tərzini bilirik. O, təkcə meydanda deyil, ondan kənarda da oynayır. Çox şey sınadı, amma biz üstün olduq. Mourinyodan güclü idim. Biz titulu onu məğlub etməklə qazandıq. Onların stadionunda iki dəfə qalib gəldik. Bu mövsüm isə o, artıq burada olmayacaq. Biz onunla daha iki oyunu gözləyirdik”.

Okan Buruk Mourinyo haqqında fikirlərini sərt sözlərlə davam etdirib:
 

“Joze artıq əvvəlki kimi oyunlara köklənmir, futbolu əvvəlki kimi düşünmür. O, məşqçilik üslubunu dəyişməyib. Həqiqətən xarizması güclüdür və böyük şəxsiyyətdir, amma futbolda hər mövsüm inkişaf etmək lazımdır. Ola bilsin, problem ondadır ki, o, məşqçi kimi inkişaf etmir”.


Qeyd edək ki, Mourinyo ötən mövsüm “Fənərbağça”nı çalışdırıb və çempionluq yarışında Okan Buruka uduzub. Avqust ayında isə portuqaliyalı məşqçi türk klubundan istefaya göndərilib və daha sonra “Benfika”nın baş məşqçisi təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO