Azərbaycan Premyer Liqasında keçirilən “Sabah” – “Sumqayıt” matçında stadionda maraqlı hadisə baş verdi. Belə ki, oyunun gedişində işıqlar söndü. Projektorların yanması üçün təxminən 15 dəqiqə vaxt lazım oldu.
Maraqlıdır, görəsən arenanın işıqlarında yaranmış bu problem nə ilə əlaqədar olub?
Bununla bağlı “Sabah” klubunun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. O, projektorların sönməsinin stadiona gələn elektrik xətttində yaranan nasazlıqla əlaqədar olduğunu dedi:
“Stadiona gələn xətdə problem yarandığından elektrikin verilməsində qısa müddətli fasilə yaranıb. Bundan sonra stadionda olan generator işə düşüb. Bu proses bir qədər vaxt apardığından stadionda elektrikin bərpa edilməsi bir neçə dəqiqə vaxt aparıb. Artıq stadionda bunun üzərində iş gedir, növbəti oyunlarda oxşar problemin yaranmaması üçün tədbirlər görülür”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:00 / 30.09.2025
Masazır stadionunda işıqlar niyə sönmüşdü? – “Sabah”dan AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Masazır stadionunda işıqlar niyə sönmüşdü? – “Sabah”dan AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Masazır stadionunda işıqlar niyə sönmüşdü? – “Sabah”dan AÇIQLAMA – VİDEO
273209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.