Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yeni formatı barədə danışarkən komandasının qrup mərhələsinin ilk turunda Azərbaycan təmsilçisi “Qarabağ”a 2:3 hesabı ilə uduzmasına toxunub.
Bizim.Media xəbər verir ki, bu barədə o, “A Bola” nəşrinə açıqlamasında danışıb.
“Elə bir mərhələdəyik ki, hər xalın əhəmiyyəti var. Bu formatla tanışam, çünki ötən mövsüm komandam Avropa Liqasında çıxış edirdi. Amma bu, bir qədər qəribə formatdır, çünki çoxlu komandalar irəliləyə bilər, lakin biz onlarla qarşılaşmaya bilərik. Öz taleyini tam idarə edə bilmirsən və buna görə də hər xal böyük önəm daşıyır.
Məncə, məni düzgün anlayacaqlar: “Qarabağ”la oyunda qazanılacaq 3 xal “Benfika”nın təqvimini nəzərə alsaq, dönüş nöqtəsi ola bilərdi. Sonra növbəti matçlarda da xal toplamaq mümkün olardı. Amma indi daha çətin vəziyyətdəyik”, deyə o, əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:53 / 30.09.2025
Mourinyo “Benfika”nın “Qarabağ”a məğlubiyyətindən DANIŞDI
Hazırda oxunan: Mourinyo “Benfika”nın “Qarabağ”a məğlubiyyətindən DANIŞDI
Hazırda oxunan: Mourinyo “Benfika”nın “Qarabağ”a məğlubiyyətindən DANIŞDI
273207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.