AFFA prezidenti milli komandanın yeni baş məşqçisi ilə görüşdü

AFFA prezidenti milli komandanın yeni baş məşqçisi ilə görüşdü

Hazırda oxunan: AFFA prezidenti milli komandanın yeni baş məşqçisi ilə görüşdü

273177

Bu gün AFFA prezidenti Rövşən Nəcəf milli komandanın yeni baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Bizim.Media milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin əsas millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyundakı (1:1) çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandanın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, Ayxan Abbasov milli komandada baş məşqçi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşu əvəzləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO