Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Hazırda oxunan: Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

273082

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi postuna Yurgen Kloppa namizəd kimi baxır.

Bizim.Media xəbər verir ki, bu barədə "TEAMtalk"un jurnalisti Rudi Qaletti sosial şəbəkə hesabında məlumat yayıb.

Klub bir neçə mütəxəssisi nəzərdən keçirir, amma əsas hədəf almaniyalı çalışdırıcını komandaya gətirməkdir.

Xatırladaq ki, "Əl-İttihad"ın sabiq baş məşqçisi Loran Blan Səudiyyə Ərəbistanı Pro Liqasının 4-cü turunda “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzduqdan sonra istefaya göndərilmişdi.

Qeyd edək ki, Klopp 2015–2024-cü illərdə “Liverpul”u çalışdırıb. Almaniyalı mütəxəssis “qırmızılar”la Çempionlar Liqası və İngiltərə Premyer Liqasının qalibi olub. 2024-cü ildə isə klubdan ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO