Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.
Bizim.Media xəbər verir ki, yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.
Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.
Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram), Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:38 / 29.09.2025
III MDB Oyunları: Azərbaycanın sambo komandası yarışı 8 medalla bitirdi
Hazırda oxunan: III MDB Oyunları: Azərbaycanın sambo komandası yarışı 8 medalla bitirdi
Hazırda oxunan: III MDB Oyunları: Azərbaycanın sambo komandası yarışı 8 medalla bitirdi
273051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.