Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını QAZANDI - VİDEO

Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını QAZANDI - VİDEO

Hazırda oxunan: Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını QAZANDI - VİDEO

273029

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final görüşlərinə start verilib.

Bizim.Media xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan Qamzat Maksetbayevlə qarşılaşıb.
 

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın III MDB Oyunlarında qazandığı ilk qızıl medal olub.


Bu gün daha dörd samboçumuz finalda çıxış edəcək.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO