Türkiyənin 3-cü liqasında bu axşam keçiriləcək "Altay" - "Eskişehirspor" matçının köməkçi hakimlərindən olan Emre Kaya qaldığı hotelin qarşısında bıçaqlanıb.
Bizim.Media DHA-ya istinadən xəbər verir ki, hadisə Konak rayonu Alsancak məhəlləsində baş verib.
27 yaşlı hakim naməlum səbəbdən mübahisə zamanı sol ayağından bıçaqlanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb, Kaya isə müalicə üçün Alsancak Dövlət Xəstəxanasına aparılıb.
Səhhətinin yaxşı olduğu bildirilən gənc hakim ifadəsində hücum edəni tanımadığını və ona "niyə baxırsan?" sualı ilə hücum etdiyini bildirib.
Matça gəlincə, Kayanın yerinə oyuna digər hakim köməkçisi təyin olunub.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:48 / 28.09.2025
Futbol hakimi matç öncəsi bıçaqlandı
Hazırda oxunan: Futbol hakimi matç öncəsi bıçaqlandı
Hazırda oxunan: Futbol hakimi matç öncəsi bıçaqlandı
272865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.