Azərbaycanda təşkil olunacaq III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb.
Bakı Şəhər Halqasından Bizim.Media-ya verilən məlumata görə, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq.
Daha əvvəl 12 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan bu siyahıya Kuba da əlavə olunub.
Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.
Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
Bizim.Media