Gələn həftə UEFA İsrailə sanksiya tətbiq edə bilər

Gələn həftə UEFA İsrailə sanksiya tətbiq edə bilər

Hazırda oxunan: Gələn həftə UEFA İsrailə sanksiya tətbiq edə bilər

272445

Gələn həftə UEFA özünün təşkil etdiyi bütün turnirlərdən İsrailin kənarlaşdırılması məsələsi ilə bağlı qərar verəcək.

Bizim.Media xəbər verir ki, bu haqda “The Times” məlumat yayıb.
 

Məlumata görə, UEFA İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti israillilərin diskvalifikasiyasını dəstəkləyir.


Qeyd olunur ki, İsrailin uzaqlaşdırılmasına tərəfdar olanlar Rusiyanın 2022-ci ilin fevral ayının sonunda Ukraynaya hərbi hücuma başlamasından sonra Avropa turnirlərində iştirakdan məhrum edildiyini əsas gətirirlər.

Bundan əvvəl isə bəzi Avropa klublarının UEFA-ya birbaşa müraciət edərək avrokuboklarda israilli komandalarla üz-üzə gəlmək istəmədikləri bildirilmişdi.

UEFA-nın İsraiin Qəzzaya hücum səbəbindən həmin ölkəyə sanksiya tətbiq etmək istədiyi qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO