AVRO-2020: Danimarka-Çexiya matçının ilk hissəsində iki qol vuruldu - YENİLƏNİB

AVRO-2020: Danimarka-Çexiya matçının ilk hissəsində iki qol vuruldu - YENİLƏNİB

Hazırda oxunan: AVRO-2020: Danimarka-Çexiya matçının ilk hissəsində iki qol vuruldu - YENİLƏNİB

27242

Çexiya və Danimarka yığmaları arasında Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin oyununda ikinci qol vurulub.

Bizim.Media xəbər verir ki, Danimark yığmasının heyətində Kasper Dolberq 42-ci dəqiqədə rəqibi növbəti dəfə məyus edib.

Skandinaviya təmsilçisində Tomas Dileyni 5-ci dəqiqədə hesabı açmışdı. Beləliklə, Danimarka fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

***

Çexiya və Danimarka yığmaları arasında Avropa çempionatının 1/4 final mərhələsinin oyununda hesab açılıb.

Bizim.Media xəbər verir ki, Danimarka seçməsi erkən qola sevinib.

Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə topu rəqib qapısından keçirib.

***

Çexiya və Danimarka yığmaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin oyunu start götürüb.

Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunda (BOS) keçirilən görüş saat 20:00-da başlayıb.

Oyunu niderlandlı FIFA referisi Byorn Kuypers idarə edir.

Qeyd edək ki, daha əvvəl BOS-da A qrupunun üç görüşü gerçəkləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO