“Neftçi”nin yeni transferi Bakıda

“Neftçi”nin yeni transferi Bakıda

Hazırda oxunan: “Neftçi”nin yeni transferi Bakıda

272382

“Neftçi” nin yeni transferi nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyu artıq Bakıdadır.

Bizim.Media xəbər verir ki, 28 yaşlı oyunçu ilə danışıqlar müsbət yekunlaşıb.

Tibbi baxışdan keçən legionerin keçidi bu gün, ən geci sabah rəsmən açıqlanacaq.

Yay fasiləsində İsveçrənin “Sürix” klubundan ayrılan və hazırda azad agent statusu daşıyan afrikalı “Nefçi”nin təklifini müsbət cavablandırıb. Tərəflər bir illik müqavilə ilə bağlı razılığa gəlib.

Qeyd edək ki, 2016-cı ildə Nigeriyadan Avropaya köçən İfeanyi Metyu həmin vaxtdan bəri “Lilleström” (Norveç), “Osmanlıspor” (Türkiyə) və “Sürix”də (İsveçrə) çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO