Bu mövsümün ilk “El-Klasiko”sunun tarixi AÇIQLANDI

Bu mövsümün ilk “El-Klasiko”sunun tarixi AÇIQLANDI

Hazırda oxunan: Bu mövsümün ilk “El-Klasiko”sunun tarixi AÇIQLANDI

272283

2025/26 mövsümündə “Real” (Madrid) və “Barselona” arasındakı ilk “El-Klasiko”nun vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, məlumatı La Liqanın mətbuat xidməti yayıb.

Bütün dünyada maraqla gözlənilən qarşılaşma oktyabrın 26-da keçiriləcək.

“Santyaqo Bernabeu” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 19:15-də start veriləcək.

Hazırda “Real” 6 oyundan topladığı 18 xalla turnir cədvəlinə liderlik edir. “Barselona” isə 13 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, İspaniyanın son çempionu “Barselona” olub, “Real” isə ötən mövsümü ikinci pillədə başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO