Osimhen “Liverpul”a qarşı OYNAYACAQ?

Osimhen “Liverpul”a qarşı OYNAYACAQ?

Hazırda oxunan: Osimhen “Liverpul”a qarşı OYNAYACAQ?

272243

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Liverpul”la keçiriləcək görüşdə komandasına kömək edə bilər.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk “Konyaspor” matçından sonra milli komandası Nigeriyanın matçı zamanı zədə almış 26 yaşlı futbolçunun vəziyyətini şərh edib:

“Dünən məşqin bir hissəsində komandaya qoşuldu. Bu gün tibbi yoxlanışdan keçdi, kiçik ağrıları var. Əgər bunlara dözə bilsə, ‘Alanyaspor’ oyununda komandamızla birlikdə olacaq. Onu məşqlərdə sınayacağıq. Ağrıları davam edir. “Alanyaspor” üçün iştirak ərizəsində heyətdə, “Liverpul” matçında isə meydanda olmasını gözləyirik.”

“Qalatasaray” sentyabrın 26-sı Super Liqanın 7-ci turunda “Alanyaspor”la qarşılaşacaq. “Liverpul”a qarşı görüş isə sentyabrın 30-da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO