"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

Hazırda oxunan: "Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

272202

“Mən elə insan deyiləm ki, kimə qarşısa kin saxlayım. Amma bəzi insanlara qarşı hörmətimi itirmişəm, onlarla salamlaşmayacam da”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun hücumçusu Ramil Şeydayev “azerisport.com”a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik: 

- Karyeranız ərzində üçüncü dəfə “Qarabağ”a keçirsiniz. Bu transfer barədə nə deyə bilərsiniz?

- Bu kluba keçdiyimə görə sevinirəm. Burada mənə hər zaman yaxşı münasibət göstərilib - klubun işçilərindən tutmuş kollektivə qədər. Çoxlarını tanıyıram, ona görə də xüsusi nəsə deməyə ehtiyac yoxdur. Meydanda komandaya kömək etməyə çalışacağam.

- “Neftçi” karyeranız niyə alınmadı?

- Məncə, bu, aydındır. İlk 9 turda müntəzəm olaraq oynayırdım, startdan sona qədər. Amma sonra məşqçi heyəti dəyişdi və bununla birlikdə mənə qarşı münasibət də dəyişdi.

- Müqavilənin vaxtından əvvəl ləğv olunması necə baş tutdu? Axı bir müddət komandadan ayrı məşq edirdiniz.

- Normal şəkildə razılaşdıq. Klub öz şərtlərini dedi, mən də öz şərtlərimi. Və ortaq məxrəcə gəldik.

- “Neftçi”yə və ya klubdakı müəyyən şəxslərə qarşı inciklik qalıbmı?

- Heç bir inciklik yoxdur. Mən elə insan deyiləm ki, kimə qarşısa kin saxlayım. Amma bəzi insanlara qarşı hörmətimi itirmişəm, onlarla salamlaşmayacam da. Vəssalam. Məncə, bunu özləri də anlayırlar.

- Formanızı bərpa edib “Qarabağ”da tam güclə oynamağınız üçün nə qədər vaxt lazımdır?

- Hazırda hansı formada olmağım kənardan daha yaxşı görünür. Belədə isə bu məsələdə məşqçi heyətinə tam güvənirəm. Nə vaxt hazır olsam, bunu onlar görəcəklər.

- “Qarabağ”a keçidin gec baş tutması və buna görə də Çempionlar Liqasında oynaya bilməməyiniz sizə təsir etdi?

- Çempionlar Liqası əlbəttə yaxşıdır və orada oynamaq istərdim. Amma mənim vəziyyətim mürəkkəb idi. O vaxt bu barədə düşünmürdüm. Necə olmalı idisə, elə də oldu.

- Millidə komanda yoldaşınız olan Şahruddin Məhəmmədəliyev bu yaxınlarda belə bir fikir bildirib: “Şeydayevli və Şeydayevsiz yığma iki fərqli komandadır”. Milli komandaya qayıtmaq kimi bir məqsədiniz varmı?

- Düzünü desəm, bəli. Bu, komanda dəyişmək qərarımda əsas arqumentlərdən biri idi. Hazırda Azərbaycan millisinə qayıtmaq istəyirəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO