“Karvan”da maliyyə problemi var? – Klubdan AÇIQLAMA

“Karvan”da maliyyə problemi var? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Karvan”da maliyyə problemi var? – Klubdan AÇIQLAMA

272159

Dünən “Karvan” klubu ilə bağlı mətbuatda müəmmalı məlumatlar yayıldı. 

Bizim.Media xəbər verir ki, yayılan xəbərlərdə komandanın futboçularının maaşlarını almadıqlarına görə məşqə çıxmadıqları bildirilib.

Bəs görəsən real vəziyyət necədir? 

Məsələ ilə bağlı “Karvan”ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevlə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında deyilənlərin həqiqət olmadığını və futbolçuların “Neftçi” ilə oyuna hazırlaşdıqlarını diqqətə çatdırdı:

“Bütün bu xəbərlər hamısı yalandır. “Karvan”da heç bir maliyyə problemi yoxdur. Sentyabrın əvvəllərində futbolçuların bütün ödənişləri edilib.
 

Onlar səylə məşqlərdə iştirak edirlər. Biz hətta sosial şəbəkə vasitəsilə məşqlərdən şəkilləri də yaymışıq. Bu xəbərləri yayanlar klubumuzu istəməyənlərdir.


Hazırda futbolçuların hamısı bir nəfər kimi “Neftçi” ilə oyuna hazırlaşır. Bu matç bizim üçün çox əhəmiyyətlidir. Bir daha qeyd edirəm ki, klubumuzda heç bir problem yoxdur. Rəhbərlik komandanın yaxşı çıxış etməsi üçün hər cür şərait yaradıb. Futbolçuların hamısı komandanın Yevlaxdakı bazasında qalır və heç bir çətinlikləri yoxdur”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO