“Sabah” – “Turan Tovuz” matçındakı qol niyə ləğv edilib? – Ekspertdən AÇIQLAMA

“Sabah” – “Turan Tovuz” matçındakı qol niyə ləğv edilib? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: “Sabah” – “Turan Tovuz” matçındakı qol niyə ləğv edilib? – Ekspertdən AÇIQLAMA

271799

Son günlər “Sabah” – “Turan Tovuz” matçındakı hakim qərarları ciddi müzakirə edilir. Xüsusilə də qarşılaşmada “Turan Tovuz” komandasının vurduğu qolun ofsayd səbəbindən qeydə alınmaması ciddi suallar doğurur. Məhz həmin ofsayd epizodu futbol ictimaiyyətində böyük marağa səbəb olub. 

Məsələ ilə bağlı beynəlxalq dərəcəli hakim, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov qolun ləğv olunmasının səbəbini Bizim.Media-ya açıqlayıb. 

O, hakimin bu epizodda düzgün qərar qəbul etdiyini bildirdi:

“Burada topun ötürüldüyü zaman “Turan Tovuz” klubunun düzgün mövqedə olan futbolçusu irəliləyir və topu qapıdan keçirir. Ancaq Tovuz təmsilçisinin digər üzvü isə komanda yoldaşına çox yaxın olduğundan və yanındakı “Sabah”ın müdafiəçisini blokladığından ofsayd qərarı verilib. Yəni həmin müdafiəçi topu vuran futbolçuya çatmaq üçün saniyələr itirir. Həmin bu futbolçu oyundankənar vəziyyətdə olduğuna görə qol sayılmır. Ona görə bu epizodda VAR hakimi və əsas hakim düzgün qərar qəbul edib”.

Xaqani Məmmədov həmin matçda baş verən digər iki epizoda da aydınlıq gətirdi:

“5-ci dəqiqədə iki futbolçu arasında sərt qarşıdurma var. Burada toxunuş olsa da, bu qırmızı vərəqəlik deyil. Sırf sarı vərəqə göstərilir. Amma 76-cı dəqiqədəki epizodda hakim “Turan Tovuz”un futbolçusuna birmənalı qırmızı vərəqə göstərilməli idi. Çünki o, ayağın qorunmayan hissəsinə sərt toxunuş etmişdi”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO