Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Hazırda oxunan: Xabi Alonsonun rəqabət PLANI

271562

“Real”ın baş məşqçisi Xabi Alonsonun komandası üçün yeni planı var.

Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bu plana əsasən Vinisius Junior və Rodriqo Goes hücumun sol cinahında əsas heyət uğrunda rəqabət aparmalıdırlar.

Onlardan heç birinə “kral klubu”nun ilk 11-liyində yer zəmanəti verilmir.
 

Mənbənin məlumatına görə, Rodriqo ilə bağlı vəziyyət yayda keçirilən klublararası dünya çempionatından sonra kəskin dəyişib. Həmin turnirdə braziliyalı futbolçu cəmi 93 dəqiqə meydanda olub. İndi isə Alonso ona daha çox güvənir və Rodriqonu özünü ən rahat hiss etdiyi mövqedə meydana buraxır.


Cari mövsümdə Vinisius “Real”ın heyətində 5 oyuna çıxıb, onlardan 2-də ehtiyatdan meydana daxil olub. Rodriqo isə 3 görüşdə iştirak edib (2 dəfə start heyətində).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO