Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Hazırda oxunan: Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

271554

72 kq çəki dərəcəsində finalda Fransa güləşçisi İbrahim Qanemə qalib gələn (4:2) 26 yaşlı Ülvi Qənizadə yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub.

Bizim.Media xəbər verir ki, Ülvi ardıcıl ikinci dəfə Qanemi məğlub edib, keçən il Tiranada keçirilən dünya çempionatında final döyüşündə də güləşçimiz fransalıyla qarşılaşıb.
 

Qeyd edək ki, Qənizadənin 2022-ci il dünya çempionatından da gümüş medalı var. O vaxt Belqradda Ülvi finalda ev sahibi Əli Arsalana uduzmuşdu. Daha doğrusu, həmin qarşılaşmada güləşçimizə qarşı açıq-aşkar ədalətsizlik edərək qızıl medalını sadəcə olaraq “oğurladılar”.


Ülvi Qənizadə həm də 2023-cü ilin Avropa Çempionudur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO